...

Daha bir ali məktəbə tələbə qəbulu elan edilib

Cəmiyyət Materials 23 Aprel 2007 17:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 aprel /korr.TrendLife Fərid Sadıxov|Tələbə Qəbulu üzrəDövlət Komissiyası Azərbaycan vətəndaşları üçün Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna (MDBƏİ) qəbul elan edib.

Sənədlərin qəbulu aprelin 25-dən mayın 5-dək Dövlət Komissiyasının binasında həyata keçiriləcək. Qəbul iki mərhələdə aparılacaq.

Birinci mərhələdə abituriyentlər 2-ci və 3-cü ixtisas qrupları üzrə mayın 12-də test imtahanı verəcəklər. Test imtahanında abituriyentlərə suallar rus dilində təqdim olunacaq. Test imtahanı nəticəsində 500-dən yüksək bal toplayan abituriyentlər ikinci mərhələyə buraxılacaq, onlardan ən yüksək bal toplamış 3 nəfər isə MDBƏİ-da ödənişsiz təhsil almaq imkanı qazanacaqlar

İkinci mərhələ isə MDBƏİ tərəfindən Moskva şəhərində 27 iyun-4 iyul aralığında imtahan keçiriləcək. Bu mərhələdə abituriyentlər seçdikləri fakultədən asılı olmayaraq rus və ingilis dillərindən imtahan verəcəklər. "Beynəlxalq iqtisadı əlaqələr fakultəsi"nə qəbul olmaq istəyənlər bundan əlavə riyaziyyatdan da imtahan verməlidirlər.

Xəbər lenti

Xəbər lenti