...

Moskvada Azərbaycan gənclərinin regionlararası forumu keçiriləcək

Cəmiyyət Materials 23 Aprel 2007 17:09 (UTC +04:00)

Bakı, 23 aprel /müx.Trendlife Rəna Şirəliyeva/

Azərbaycan gənclərinin reqionlararası forumu aprelin 28-də Moskvada keçiriləcək. Trendlife-ın verdiyi xəbərə görə, forum Leyla Əliyevanın rəhbərlik etdiyi Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun nəzdində olan Azərbaycan klubu və gənclərinin koordinasiya şurasının dəstəyi ilə təşkil olunacaq. Birinci forum Moskva şəhərindəki "Savoy" hotelinin konfrans zalında keçəcək.Bu forumda 150 adamın iştirakı gözlənilir. Forumda əsas məqsəd gənclərin hazırkı vəziyyəti, Azərbaycan gənclərinin Rusiyada yaşam tərzi, Azərbaycan və Rusiya gənclərinin işbirliyi və s. müzakirə olunacaq.

Qeyd edək ki, bu təşkilat üç ildən artıqdır fəaliyyət göstərir və müxtəlif tədbirlər keçirir. Tədbirlər arasında "Xalqlar arasında dostluq", " Rusiya və Azərbaycanın prespektivli ikitərəfli münasibəti" və s. kimi toplantılar var.

2006-cı il noyabr ayının 24-də keçirilən azərbaycanlı tələbələrin görüşündə həmin kluba Leyla Əliyeva prezident seçilib.

Xəbər lenti

Xəbər lenti