...

"Yeddi məhbus anası" adlı tamaşanın məşqləri gedir

Cəmiyyət Materials 24 Aprel 2007 11:24 (UTC +04:00)

Azərbaycan, Bakı , 24 aprel / müx. "TrendLife" E.Hüseynzadə/ Musiqili Komediya Teatrında yeni tamaşa üzərində iş gedir. Teatrın mətbut xidmətindən "TrendLife"a verilən məlumata görə, "Yeddi məhbus anası" tamaşasının müəllifi Cavanşir Quliyev və Əli Əmirlidir. Tamaşanın rejissoru Oruc Qurbanov, drijor isə Nazim Hacıəlibəyovdur. Əsas rolları Xalq artisti Afaq Bəşirqızı, Fatma Mahmudova, artistlər Ələkbər Əliyev, Gülcahan Salamova, Ülviyyə Əliyeva, Rəsmiyyə Nurməmmədova, Elnarə Yusubova və başqaları ifa edir. May ayında tamaşanın primyerası olacaq.

Xəbər lenti

Xəbər lenti