...

Türkiyə yazıçısının əsərləri Azərbaycan dilinə tərcümə olunub

Cəmiyyət Materials 24 Aprel 2007 14:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 aprel /müx. "TrendLife" İ.Əsədova/

Türkiyə yazıçısı Xaldun Tanerinin əsərləri Azərbaycanın Türkiyədəki səfirliyinin mədəniyyət müşavirinin dəstəyi ilə Azərbaycan dilinə tərcümə olunub. Bu vaxta qədər müəllifin əsərləri Almaniyada, Rusiyada və İngiltərədə çap olunub. Onun əsərini ilk dəfə Azərbaycan dilinə Azərbaycan Milli Elmlər Akademiyasının üzvü Sədaqət Qasımova tərcümə edib. Mədəniyyət müşavirinin verdiyi məlumata görə, Tanerinin "Bu günün adamı" əsəri isə Mehman Musabəyli tərəfindən tərcümə olunacaq. Bu kitabların təqdimatı may ayının birinci yarısına planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti