...

Qafqaz Şeyxülislamı İraqda sünni və şiələr arasında süni qarşıdurma yaradılmasını qınayır

Cəmiyyət Materials 24 Aprel 2007 18:13 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Ağayeva/ ABŞ İraqa münasibətdə heç də əhalinin şiə və sünni təbəqələri arasında potensial qurbanların azalmasına yardım edəcək siyasət yeritmir. Söhbət ölkənin şiə və sünni əhalisi arasında ayırıcı bir divar yaratmaqla gələcəkdə ölkə ərazisini kiçik hissələrə bölməkdən gedir. Bunu çərşənbə axşamı Bakıda jurnalistlərə Qafqaz müsəlmanlarının dini lideri Şeyxülislam Hacı Allahşükür Paşazadə bildirib.

Onun sözlərinə görə, İraqda müxtəlif millətlərin, ilk növbədə isə türkmən və kürd kimi müəyyən millətlərin maraqlarına cavab verən parçalama planı həyata keçirilir.

"Bu və ya digər xalq bir-birindən dəmir beton çəpərlə ayrıla bilməz. Amerika siyasətçilərinin özləri də başa düşməlidirlər ki, bu yolla onlar İraqda nə sülhə, nə də stabilliyə nail ola bilməyəcəklər. Mənə elə gəlir ki, bu addım İraqda mülki əhali arasında qurbanların sayının artmasına yönəlib. Bir millətin iki cəbhəyə bölünməsi yeni terror partlayışına səbəb ola bilər. Belə ki, bir tərəfdən sünnilər, digər tərəfdən şiələr öz qardaşlaını məhv etmək üçün toplaşacaqlar. Belə olduqda küçələrdə bir-birilə müharibə aparacaqlar",-deyə QMİ sədri bildirib.

Xəbər lenti

Xəbər lenti