...

Cüdoçu xanımlarımız Kopenhagendə keçiriləcək Dünya Kubokunda iştirak edəcək

Cəmiyyət Materials 25 Aprel 2007 12:04 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Cüdo üzrə Azərbaycanın qadınlardan ibarət yığma komandası həftəsonu Kopenhagendə startı veriləcək Dünya Kubokunda iştirak edəcək.

Trend in verdiyi məlumata görə, bu yarışda ölkəmizin şərəfini Avropa birinciliyinin bürünc mükafatçısı Kifayət Qasımova, Ramilə Yusubova (hər ikisi 57 kq) və Şəhanə Alməmmədova ( 63 kq) qoruyacaq. İdmançılarımız təkcə turnirin mükafatları uğrunda mübarizə aparmayacaqlar, onlar həmçinin Pekində keçiriləcək Olimpiada üçün növbəti reytinq xalları yığmağa çalışacaqlar.

Bəlli olduğu kimi, lazım olan xallar Belqradda keçirilən qitə birinciliyindən hesablanmağa başlayıb. Burada K.Qasımova fərqlənib. Ona görə də digər cüdoçuların kimi onun balansını artırmaq üçün yaxşı şansı var.

Qeyd edək ki, Dünya Kubokunda qələbə Avropa Cüdo İttifaqı tərəfindən 60 xal kimi dəyərləndirilir.

Xəbər lenti

Xəbər lenti