...

Həbsdə olan azərbaycanlı jurnalist müayinə olunub

Cəmiyyət Materials 25 Aprel 2007 13:20 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K Zərbalıyeva / "Azadlıq" qəzetinin əməkdaşı Mirzə Sakit Penitensiar Xidmətin Müalicə Müəssisəsində müayinədən keçirilib. Penitensiar Xidmətdən çərşənbə günü Trend ə verilən məlumata görə, Sakitin müayinəsi zamanı ürəyi ilə bağlı ciddi problem qeydə alınmayıb. Sakitdə əsəb pozğuluğu və diş xəstəliyi var. Hazırda onun müalicəsi qeyd olunan xəstəliklərlə bağlı aparılır. Jurnalistin dişləri müalicə olunur.

Sakit Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmənin hökmünə əsasən Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum edilib. Apellyasiya və Ali məhkəmələr onun şikayətini təmin etməyib və birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Xəbər lenti

Xəbər lenti