...

Azərbaycan tennisçiləri Federasiya Kubokuna məğlubiyyətlə başlayıblar

Cəmiyyət Materials 25 Aprel 2007 13:22 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Azərbaycanın tennis üzrə qadınlardan ibarət yığma komandası Mavritaniyada keçirilən Federasiya Kubokuna məğlubiyyətlə başlayıb.

Trend in məlumatına görə, Avropa-Afrika zonasında üçüncü qrupda keçirilən birinci matçda yığmamız Misir millisi ilə üz-üzə gəlib və 0:3 hesabı ilə məğlub olub.

Birinci korta Səyyarə Məmmədova çıxıb və Nihal Tarek-Saleh adlı Misir idmançısına iki setdə (6:1, 6:0) uduzub. Sevil Əliyevanın Magi Əzizlə görüşü də həmyerlimizin məğlubiyyəti ilə nəticələnib- 2:6, 0:6.

Bununla yanaşı komandamız cütlük yarışlarında rəqiblərinə müşqavimət göstərə bilib. Əliyeva-Məmmədova cütlüyünün Aliya Fəxri-Tarek-Saleh cütlüyünə qarşı oyunda birinci set həmyerlilərimizin olub. Lakin növbəti iki seti misirlilər qazanıb-6:2, 6:1.

Xəbər lenti

Xəbər lenti