...

Prezidentin İcra Aparatının İşlər İdarəsinin sabiq müdiri bu gün Respublika Neyro-Cərrahiyyə Xəstəxanasına aparılıb

Cəmiyyət Materials 25 Aprel 2007 14:34 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K Zərbalıyeva / Prezidentin İcra Aparatının İşlər İdarəsinin sabiq müdiri Akif Muradverdiyev bu gün Respublika Neyro-Cərrahiyyə Xəstəxanasına aparılıb. Xəstəxananın maqnit rezonans tomoqrafiya şöbəsindən çərşənbə günü Trend ə verilən məlumata görə, Muradverdiyev nüvə-maqnit rezonans anqioqrafiya aparatından keçirilib. Hələlik müayinənin nəticələri hazır deyil. Xəstəxanadan nəticənin sabah məlum olacağını bildiriblər.

Muradverdiyevə beyin qan dövranının xroniki çatışmazlığı diaqnozu qoyulub və müvafiq təyinatlar aparılıb.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hakimi Tofiq Paşayevin sədrliyi ilə keçirilən prosesdə məhkəmənin hökmü ilə A. Muradverdiyev 6 il müddətinə azadlıqdan məhrum edilib. A. Muradverdiyev Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda dövlət əmlakını mənimsəmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311-ci (rüşvət alma), 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunub. Onun barəsində Cinayət Məcəlləsinin 28.278 (hakimiyyəti zorla ələ keçirməyə cəhd) və 28. 220 (kütləvi iğtişaşa hazırlıq) maddələri ilə irəli sürülmüş ittiham üzrə başlanmış cinayət işinin istintaqı isə davam edir.

Xəbər lenti

Xəbər lenti