...

Həvəskar futbolçular yeganə vəsiqə uğrunda mübarizəyə başlayırlar

Cəmiyyət Materials 25 Aprel 2007 15:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 aprel /müx.Trendlife Vüqar İmanov/UEFA-nın regional kuboku üzrə final mərhələsində yeganə vəsiqə üçün Bakıda Azərbaycan, Gürcüstan , İsveçrə və Serbiyanın həvəskar futbolçularından ibarət oyun keçiriləcək. AFFA-nın mətbuat xidmətindən Trendlife-a verilən məlumata görə, 6-cı seçmə mərhələsində bizim ölkəni Əli Bayramlının "Şirvan" komandası təmsil edəcək. Hazırlıq müddətində "Şirvan" müxtəlif yaşlı yığmamızla bir neçə yoldaşlıq görüşü keçirib.

Sonuncu oyunda komanda 1:0 hesabı ilə qalib gəlib. Bundan əlavə, əlibayramlılar özlərini dünyanın həvəskar komandaları ilə yoxlamışdılar. "Şirvan" rəhbərliyinin fikrinə görə, komandanın Azərbaycanda özünəməxsus yeri var. Baş məşqçi oyunçunu seçərkən ağır məşqlər etdirib.

Bu gün saat 14:00-da Bakıxanov qəsəbəsindəki İsmət Qayıbov adına stadionda İsveçrə və Gürcüstan komandalarının oyununa start veriləcək. Saat 17:00-da isə "Şəfa" stadionunda yerlilərimiz Serbiya komandası ilə qarşılaşacaqlar. 2-ci tur aprelin 27-də, 3-cü tur isə 29-da keçiriləcək. İkinci turda gürcülərlə, üç gündən sonra isveçlilərlə oyun başa çatacaq. Qalib olan komanda final raundunu iyun ayının 20-26-na qədər Bolqarıstanın Sliven və Stara Zaqora şəhərlərində oynamaq hüququ qazanacaq. Orada səkkiz komanda iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti