...

Azərbaycan Müdafiə Nazirliyinin hərbi hissə komandirlərinin məhkəmə istintaqı yekunlaşıb

Cəmiyyət Materials 25 Aprel 2007 17:32 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K Zərbalıyeva / Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin komandiri Arzu İbrahimov və daha beş nəfər barəsindəki cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmənin hakimi Mürsəl Əliyev çərşənbə günü Trend ə bildirib ki, aprelin 27-də dövlət ittihamçısı təqsirləndirilənlərə iş istəyəcək. Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə (mənimsəmə və ya israf etmə) təqsirli bilinən İbrahimov hərbi hissəyə məxsus yanacağı qanunsuz satmaqda ittiham olunur. İbrahimov rəhbərlik etdiyi hərbi hissənin yanacaq-sürtgü materialları xidmətinin rəis əvəzi Valeh Qasımov və digər N saylı hərbi hissənin komandiri Şaiq Xamayev əlbir olub hərbi hissədən saxta sənədlər tərtib edərək yanacağı Xanlar rayonunun Quşqara kəndində yerləşən "Dostluq" İstehsalat-Kommersiya firmasının direktoru İsa Məmmədova satmaq barədə razılığa gəliblər. Məmmədovun tanışları Səməndər Abdullayev və Firdovsi Hüseynov yanacağı hərbi hissənin yanacaq çənlərindən həmin firmanın çənlərinə ötürərkən yaxalanıblar. Faktla bağlı açılmış cinayət işi üzrə adıçəkilən şəxslər cinayət məsuliyyətinə cəlb ediliblər.

Xəbər lenti

Xəbər lenti