...

Məhkəmə Azərbaycanın sabiq səhiyyə nazirinin Prezident Aparatının İctimai-siyasi şöbəsinin müdirinə qarşı şıkayətini icraata qəbul edib

Cəmiyyət Materials 25 Aprel 2007 18:01 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K Zərbalıyeva / Sabiq səhiyyə naziri Əli İnsanovun Prezident Aparatının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənova qarşı xüsusi ittiham qaydasında şikayəti icraata qəbul olunub. Səbayel rayon məhkəməsindən çərşənbə günü Trend ə bildirilib ki, iddia hakim Alim Namazovun icraatına verilib. İddia icraata yeni daxil olduğundan iş üzrə hazırlıq iclasının keçiriləcəyi tarix müəyyənləşdirilməyib.

Sabiq nazir, Həsənov barəsində Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddəsi ilə xüsusi ittiham qaydasında cinayət işi başlanmasını tələb edir.

İnsanov 2005-ci ilin oktyabr ayında dövlət çevrilişinə cəhddə və kütləvi ixtişaşda təqsirləndirilərək həbs edilib. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə 11 azadlıqdan məhrum edilib.

Xəbər lenti

Xəbər lenti