...

Bakı merinin sabiq müavini əfv olunmaq istəyir

Cəmiyyət Materials 26 Aprel 2007 15:11 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K Zərbalıyeva / Azərbaycan İşgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov bu gün Penitensiar Xidmətin 6 və 7 saylı cəzaçəkmə müəssisələrində monitorinq keçirib. Monitorinqin keçirilməsində məqsəd məhkumların saxlanma şəraiti, işgəncə faktlarının olub-olmaması, məhkumların qidalanma vəziyyəti ilə tanışlıq olub. Bu barədə cümə axşamı günü Behbudov məlumat verib. Monitorinqin nəticələri ümumilikdə qənaətbəxş qiymətləndirilib. Behbudovun sözlərinə görə, hər iki müəssisədə istehsalat sahələri fəaliyyət göstərir. İki müəssisədə bir yerdə 400-ə yaxın məhkum işlə təmin olunub. Bu il ərzində müəssisələrdə ölüm faktı qeydə alınmayıb.

Behbudov 6 saylı cəzaçəkmə müəssisəsində Bakı Şəhər İcra Hakimiyyəti başçısının sabiq müavini Eldəniz Lahıcovla görüşüb. Lahıcov əfv olunmaq üçün Komitə adından prezidentə müraciət olunmasını xahiş sedib. Behbudov bildirib ki, Lahıcova 11 il iş verilib və cəzasının 4 ilini çəkib. Komitə sədri Lahıcovun əfv olunması üçün gələn həftə prezidentə müraciət edəcəyini deyib.

Xəbər lenti

Xəbər lenti