...

Konstitusiya Məhkəməsinin sədri: "Azərbaycan məhkəmələrinin qərarlarından İnsan Haqları üzrə Avropa Məhkəməsinə şikayətlərin sayı artıb"

Cəmiyyət Materials 26 Aprel 2007 16:26 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan məhkəmələrinin qərarlarından İnsan Haqları üzrə Avropa Məhkəməsinə verilən şikayətlərin sayı artıb. Bu barədə cümə günü Bakıda Azərbaycanın Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev məlumat verib.

O qeyd edib ki, bu müsbət hal olmasa da, normal bir prosesdir: "Azərbaycan konvnesiyaya qoşulduqdan sonra hər bir vətəndaşın İnsan Haqları üzrə Avropa Məhkəməsinə müraciət etmək hüquqi var və onların bu hüququnu heç kim məhdudlaşdıra bilməz".

Onun sözlərinə görə, İnsan Haqları üzrə Avropa Məhkəməsi Azərbaycan məhkəmələrinin qəbul etdiyi çox az sayda qərarları ləğv edib.

Abdullayevin sözlərinə görə, Azərbaycan vətəndaşlarından Konstitusiya Məhkəməsinə şikayətlərin daxil olması intensiv xarakter alıb: "Müəyyən dövrdə bu şikayətlər azalmışdı. Lakin bu gün vətəndaşlardan Konstitusiya Məhkəməsinə daxil olan xeyli şikayətlər var".

Xəbər lenti

Xəbər lenti