...

"Salyan Oil"un fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsinə başlanılıb

Cəmiyyət Materials 27 Aprel 2007 11:32 (UTC +04:00)

Azərbaycan, Salyan / Trend müxbir E.Məmmədov/ Neftçilərin Hüquqlarının Müdafiə Komitəsi Salyanda "Kürsənqi" və "Qarabağlı" neft yataqlarının istismarını həyata keçirən "Salyan Oil" neft şirkətinin fəaliyyətinə yerli ictimai nəzarəti təşkil edəcək layihənin icrasına başlayıb. Məqsəd neft çıxarılan ərazilərdə əhaliyə yaranmış problemləri gündəmə gətirib, onların həllinə nail olmaqdır. Layihə ilə tanışlıq məqsədi ilə Salyanda olan komitənin sədri Mirvari Qəhrəmanlı yerli icma nümayəndələri, ekoloqlar, QHT-lərlə görüşündə bildirib ki, üç analoji layihədən digər ikisi Hacıqabul və Samux rayonlarından keçən neft kəmərlərinin ətraf mühütə təsirini öyrənərək istimai nəzarəti təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti