...

"Gündəlik Azərbaycan" qəzetinin şöbə redaktoru Tatyana Çaladzenin istintaqa cəlb olunmasını istəyib

Cəmiyyət Materials 27 Aprel 2007 13:13 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K Zərbalıyeva / "Gündəlik Azərbaycan" qəzetinin şöbə redaktoru, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərovun döyülməsi faktı ilə bağlı Yasamal Rayon Polis İdarəsinin istintaq şöbəsi araşdırmaları davam etdirir. Müstəntiq Rafiq Əliyev cümə günü Trend ə bildirib ki, zərərçəkmiş baş vermiş hadisədə Tatyana Çaladzedən şübhələnir. Bu məqsədlə də 27-ci polis bölməsinə Çaladzenin tapılıb istintaqa cəlb edilməsi üçün göstəriş verilib. Əliyev bildirib ki, istintaq Çaladzenin koordinatlarını əldə edə bilməyib. O, Çaladzenin yerinin müəyyən ediləcəyini və bundan sonra ondan ifadə alınacağını bildirib. İstintaq həmçinin hadisə baş vermiş ərazidə yerləşən Beynəlxalq Banka sorgu ilə müraciət edib. Belə ki, Bankın kameraları Cəfərova hücum edən şəxslərin görüntülərini çəkib. Həmin kasetin əldə olunması üçün Banka rəsmi müraciət olunub.

Faktla bağlı Cinayət Məcəlləsinin 132-ci (döymə) maddəsi ilə cinayət işi açılıb. Cəfərov məhkəmə-tibb ekspertizasından keçirilib. Ekspertizanın nəticələri isə hələlik bəlli deyil.

Cəfərov aprelin 20-də gecə saatlarında işlədiyi qəzetin redaksiyasından çıxarkən naməlum şəxslərin hücumuna məruz qalıb. O, ağır bədən xəsarətləri ilə Klinik Tibbi Mərkəzə yerləşdirilib.

Xəbər lenti

Xəbər lenti