...

Bakıdakı Beynəlxalq Hava Limanında qadın alverçisi tutulub

Cəmiyyət Materials 27 Aprel 2007 13:35 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K Zərbalıyeva / Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi və Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində insan alveri ilə məşgul olan qadın saxlanılıb. Nazirliyin mətbuat xidmətindən cümə günü veriln məlumata görə, bir qrup şəxslə cinayət əlaqsinə girərək qadınları Türkiyəyə aparıb cinsi istismara məruz qoyması faktı ilə əlaqədar axtarılan Bakı şəhər sakini Günel Əliyeva Heydər Əliyev adına Beynəlxalq Hava Limanında tutulub. Faktla bağlı cinayət işi açılıb. İstintaq Əliyevanın qanunsuz hərkətlərinin qurbanlarının dairəsini və onun cinayət əlaqələrini araşdırır.

Xəbər lenti

Xəbər lenti