...

Azərbaycanlı məktəblinin inşası Berlinə göndərilib

Cəmiyyət Materials 26 Aprel 2007 16:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 aprel /korr.TrendLife Fərid Sadıxov/"Azərpoçt" Dövlət Müəssisəsi və Təhsil Nazirliyinin birgə təşkilatçılığı, eyni zamanda Dünya Poçt İttifaqının təşəbbüsü ilə orta məktəblər arasında keçirilən 36-cı beynəlxalq inşa müsabiqəsinə yekun vurulub.

"Azərpoçt" Dövlət Müəssisəsindən verilən məlumata görə, müsabiqəyə poçt rabitəsi sahəsinə aid üç mövzu üzrə 15 mindən artıq inşa təqdim olunub. Münsiflər onlardan yalnız 30-nu müvafiq yerlərə layiq görüblər. Qaliblərə pul mükafatı təqdim olunub. Müsabiqədə birinci yeri tutmuş Mingəçevir məktəblisi Məlahət Əliyevanın inşa yazısı ingilis dilinə tərcümə edilərək Berlində keçiriləcək növbəti beynəlxalq tura göndərilib.

Xəbər lenti

Xəbər lenti