...

Kobzon Bakıdan xeyir-dua aldı

Cəmiyyət Materials 28 Aprel 2007 13:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 aprel /müx.Trendlife Eldar Hüseynzadə/Əldə etdiykləri uğurlara baxanda İosif Kobzon haqqında söz tapıb demək çətindir. Çətindir, ona görə ki, onun haqqında yüz dəfə yazsan da, oxusan da, azdır. İosif Kobzon əfsanədir. Canlı əfsanə isə həmişə qiymətli olur. Trendlife-ın verdiyi məlumata görə, dünən Opera və Balet Teatrında bakılılara İosif Kobzon yaradıcılığı ilə tanış olmaq qismət oldu.

MDB ölkələrinə turneyə çıxan müğənni Bakıdan başladı. Kobzon səhnədən çox səs-küylü getdi. Elə oxuyurdu ki, elə bil sonuncu dəfədir. 70 yaşında bu formada qalmağın özü də əfsanəyə bənzəyir. Adama elə gəlir ki, Kobzon il-ildən cavanlaşır. Başqa elə bir müğənni yoxdur ki, əl çalmaqdan yorulan tamaşaçıları 3-4 saat yanında saxlaya bilsin.

Kobzonun Bakıya gəlişini səbirsizliklə gözləyirlər. Konsertə prezident İlham Əliyevin də gəlişi gözlənilirdi, qəfildən Mstislav Rastropoviçin ölümü onun planlarını dəyişdi. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev isə orda idi. İlham Əliyevin sərəncamı ilə Kobzon Azərbaycanın "Şöhrət" ordeni ilə təltif olundu. Kobzon Bakıya 100 nəfərdən ibarət heyətlə gəlmişdi. Onlar arasında Rusiyanın xalq artisti Svetlana Morqunova ənənəyə sadiq qalaraq bu dəfə də Kobzonun konsertini aparırdı. Həmçinin SSSR-nin xalq artisti Vladimir Mininin rəhbərliyi ilə Moskva Dövlət akademik kamera xoru, Rusiya xalq artisti Viktor Yeliseyevın rəhbərlik etdiyi DİN Daxili Qoşunlarının akademik mahnı və rəqs ansamblı da iştirak edirdi. Gecədə Kobzon "Qələbə günü" dən tutmuş "Moskva gecələri"nə qədər özünün ən məhşur mahnılarını ifa etdi. Gecənin sonunda Kobzon tamaşaçıların xahişi ilə "Baharın on yeddi anı" filmindən "An" mahnısını oxudu. O, özünü tamaşaçılara elə göstərdi ki, müasirlər heç vaxt belə edə bilməzdi. Kobzon fasiləsiz 4-5 mahnı ifa etdi. Kobzon auditoriyayla söhbət edirdi. Lakin dincəlmək üçün yox. Ya maraqlı hadisələr, ya da həyat yoldaşına eşq elan etməsi barədə lətifələr danışırdı. O öz konsertində ifa etdiyi bir mahnını öz həyat yoldaşına həsr etdi. Bir də o, bakılılar üçün "Ya vstretil devuşku" və "Sevgilim" mahnısını elə oxudu ki, zalın müxtəlif yerlərindən "Bravo" sözləri kəsilmək bilmirdi. Kobzonun "canlı" konsertində mən birinci dəfə idi ki, olurdum. Heç vaxt belə həzz almamışdım. Ekranda Kobzon çox yorğun görünür. Onu səhnədə canlı görəndə isə insanda başqa bir təəssürat yaranır. Çox təəsüf ki, Kobzon ancaq bayramlarda oxuyur. Qalır ancaq ümüd etmək ki, bayramlar çox olsun.

Beləliklə, Bakı Kobzona öz xeyir-duasını verdi, öz turnisinə rahat davam edə bilər.

Xəbər lenti

Xəbər lenti