...

Qusarda dağxizəkçiliyi istirahət mərkəzi tikiləcək

Cəmiyyət Materials 30 Aprel 2007 12:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 aprel /müx. "TrendLife" E.Hüseynzadə/

Hazırda Qusarda dağxizəkçiliyi kurortunun inşası barədə layihə işlənib hazırlanır. "TrendLife"ın verdiyi məlumata görə, bu iş üzərində Avstriya şirkəti işləyir. İstirahət edənlərin ümumi sayının 1000-5000 nəfər olması nəzərdə tutulur. Mədəniyyət və turizm naziri Əbülfəz Qarayev və şirkətin nümayəndələri arasında görüş keçən həftə baş tutub.

Xəbər lenti

Xəbər lenti