...

"Gündəlik Azərbaycan" qəzetinin şöbə redaktorunun evinə olan zənglərlə bağlı istintaq yeni məlumatlar əldə edib

Cəmiyyət Materials 30 Aprel 2007 14:12 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K Zərbalıyeva / "Gündəlik Azərbaycan" qəzetinin şöbə redaktoru, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərovun ev telefonuna olan zənglərlə bağlı istintaq yeni məlumatlar əldə edib. Bu barədə bazar ertəsi Cəfərov məlumat verib. Bildirib ki, ev telefonuna olunan naməlum zənglərin kim tərəfindən olunması barədə istintaq önəmli məlumatlar əldə edib. İstintaq sirri olduğundan Cəfərov ətraflı məlumat verməsə də, yaxın günlərdə bu barədə ictimaiyyətə məlumat verəcəyini bildirib.

Cəfərov bu gün yenidən həkim müayinəsindən keçirilib. Müayinənin nəticələrinə görə, onun səhhəti ilə bağlı ciddi problem qalmayıb.

Cəfərov aprelin 20-də gecə saatlarında işlədiyi qəzetin redaksiyasından çıxarkən naməlum şəxslərin hücumuna məruz qalıb. O, ağır bədən xəsarətləri ilə Tibbi Klinik Mərkəzə yerləşdirilib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 132-ci (döymə) maddəsi ilə cinayət işi açılıb.

Xəbər lenti

Xəbər lenti