...

3 min manatı heç kim uda bilmədi…

Cəmiyyət Materials 30 Aprel 2007 16:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 aprel /müx.Trendlife. Eldar Hüseynzadə/Bu gün Müslim Maqomayev adına filormaniyada Kövkəb Məmmədova adına gənc pianoçuların birinci müsabiqəsinin qalibləri qala-konsert verəcəklər. Trendlife-ın verdiyi məlumata görə, qaliblər artıq müəyyən olunub.

Birinci yer heç kimə qismət olmayıb. Jüri xəbərdarlıq edib ki, onların ilk mükafat verməməyə hüquqları çatır. Yeri gəlmişkən, birinci yer 3000 manat təşkil edirdi. İkinci yeri üç nəfər tutub: Kəngərli Nərgiz, Fəqan Həsənov, Zöhrə Yusifli. Onlar hərəsi 2000 min manatın sahibi oldular. Salahova Ayan və Əsədov Zakir üçüncü yerləri bölüşdülər və 1000 manatın sahibi oldular. Quliyeva Aysel isə Azərbaycan bəstəkarlarının, xüsusən Vaqif Mustafazadənin "Mütləq tənhalıq" mahnısını yaxşı ifa etdiyi üçün xüsusi hədiyyə ilə mükafatlandırıldı.

Qeyd edək ki, müsabiqəyə təşkilati dəstəyi Azərbaycan mədəniyyət və turizm Nazirliyi, Bakı Musiqi Akademiyası, Bəstəkarlar İttifaqı, həmçinin "A+A" şirkəti göstərirdi.

Xəbər lenti

Xəbər lenti