...

Azərbaycan gimnastları Portuqaliyada dünya kubokunda iştirak ediblər

Cəmiyyət Materials 30 Aprel 2007 19:32 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir İ.Şəkinski/ Portuqaliyanın Poritimau şəhərində keçirilən Dünaya Kubokunda Azərbaycanlı gimnastlar qazandıqları nəticələrə görə, yeddinci yeri tutublar.

Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, Anna Qurbanova finalda dairə ilə 16,275 bal toplayaraq, Aliyə Qarayeva isə lentlə (15,65) 7-ci yerə sahib olub. Qurbanova daha iki dəfə finalda iplə (16,25) və lentlə (15,4), Qarayeva isə finalda gürzlərlə (15,675 bal) 8-ci yer qazanıblar.

Müxtəlif növlər üzrə cədvəldə isə gimnastlar yenə qonşu yerlər tutublar: onluğa düşən Annanı (65,525 balla) Aliyə 0,8 bal aşağı xalla izləyib.

Qalib rusiyalı Alina Kabayeva, ikinci yerin sahibi ukraynalı Anna Bessonova, üçüncü yerin sahibi isə yenə də rusiyalı Vera Sesina olub.

Ölkənin qrup komandası da 7-ci yeri qazanıb. Finalda dairə və gürzlərlə 13,575 bal toplayaraq Fransa yığmasını geridə qoyublar.

Çox növçülükdə komanda 20 komanda arasında dünya çempionu İtaliyanı geridə qoyaraq 9-cu (27,9) olub. Birinciliyi isə rus, bolqar və belarus idmançıları bölüşüb.

Azərbaycan Gimnastika Federasiyasının məlumatına görə, gimnastlarımızın növbəti çıxışları 4-6 may tarixlərində Burqasda Qran-pri (fərdi) yarışı və Polşa beynəlxalq turniri (fərldi və qrup yarışı) olacaq.

Eyni zamanda Amsterdamda idman gimnastikası üzrə Avropa çempionatı başa çatıb. İlk dəfə bu cür geniş yarışda iştirak edən 18 yaşlı idmançımız Səbuhi Aslanov çoxnövçülük üzrə 153 idmançı arasında 57-ci yeri (73,25) tutub. O, ən yaxşı nəticəni dayaqla tullanmada (13,95) göstərib.

Gimnastın məşqçisi Qriqori Misyutinin sözlərinə görə, çoxnövçükük üzrə Səbuhinin təqribən 100 idmançını qabaqladığını nəzərə alsaq, debüt pis alınmadı. "Gimnastın potensialı var və yaxın zamanlarda özünü biruzə verəcək" - deyə müəllimi qeyd edib.

Qeyd edek ki, çöxnövçülük üzrə Avropa çempionu adını rusiyalı gimnast Maksim Devyatovski qazanıb. Ayrı-ayrı növlərdə də birinciliyi Rusiya, İspaniya, Macarıstan, Ukrayna, Sloveniya və Almaniya idmançıları qazanıblar.

Xəbər lenti

Xəbər lenti