...

Baş prokurorun birinci müavini: "Millət vəkili Hüseyn Abdullayev barəsindəki həbs qətimkan tədbirinin dəyişdirilməsi üçün istintaqda əsas yoxdur" (Video)

Cəmiyyət Materials 1 May 2007 12:15 (UTC +04:00)
Baş prokurorun birinci müavini: "Millət vəkili Hüseyn Abdullayev barəsindəki həbs qətimkan tədbirinin dəyişdirilməsi üçün istintaqda əsas yoxdur" (Video)

Azərbaycan, Bakı / Trend müxbir K Zərbalıyeva / Millət vəkili Hüseyn Abdullayev barəsindəki həbs qətimkan tədbirinin dəyişdirilməsi üçün istintaqda əsas yoxdur. Bu barədə çərşənbə axşamı Trend ə açıqlamasında baş prokurorun birinci müavini Rüstəm Usubov deyib. Usubov bildirib ki, şəxs barəsində həbs qətimkan tədbiri xəstəliyi ilə əlaqədar dəyişdirilə bilər: "Hüseyn Abdullayevin toxunulmazlığı Milli Məclisin qərarı ilə ləğv olunub. Hazırda Abdullayev barəsindəki həbs qərarının ləğv olunması və onun azad edilməsi üçün istintaqda heç bir əsas yoxdur. Barəsində başlanmış cinayət işinin istintaqı isə davam edir".

Abdullayevin deputat toxunulmazlığı baş prokurorun təqdimatı ilə Milli Məclisin martın 19-da keçirilmiş fövqəladə iclasında ləğv olunub və həmin gün məhkəmənin qərarı ilə həbs edilib. Abdullayev hazırda Penitensiar Xidmətin Müalicə Müssisəsində müalicə olunur. Barəsində Cinayət Məcəlləsinin 132-ci (döymə) və 221.2.2-ci (xuliqanlıq) maddələrilə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində cinayət işi açılıb və istintaq aparılır.

Xəbər lenti

Xəbər lenti