...

Səid Rüstəmovun xatirəsinə gecə keçiriləcək

Cəmiyyət Materials 1 May 2007 14:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 may / müx. "TrendLife" E.Hüseynzadə/

May ayının 3-də Müslim Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Səid Rüstəmovun 100-illiyinə həsr olunan gecə keçiriləcək. "TrendLife"ın verdiyi məlumata görə, yubiley gecəsi prezident İlham Əliyevin göstərişi ilə keçirilir. Gecədə bəstəkarın əsərləri ifa olunacaq. Qeyd edək ki, Rüstəmovun yubileyi ilə bağlı tədbirlərin bir neçə konsert salonunda keçirilməsi planlaşdırılıb. Konsert proqramında Azərbaycanın mədəniyyət və turizm naziri də iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti