...

Azərbaycanda regional telekanalların inkişafı üçün təkliflər hazırlanıb

Cəmiyyət Materials 1 May 2007 15:12 (UTC +04:00)
Azərbaycanda regional telekanalların inkişafı üçün təkliflər hazırlanıb

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Azərbaycanda fəaliyyət göstərən regional telekanallardakı mövcud problemlərin həlli üçün Milli Televiziya və Radio Şurası (MTRŞ) təkliflərini hazırlayıb və bu məsələ həftəsonu regional telekanalların rəhbərləri ilə keçiriləcək görüşdə müzakirə ediləcək. Bu barədə Trend ə çərşənbə axşamı MTRŞ sədri Nuşirəvan Məhərrəmli məlumat verib. Onun sözlərinə görə, görüşdə regional telekanalların mövcud durumu müzakirə ediləcək.

"Regional telekanallarda əsas çatışmayan məsələ maddi-texniki bazanın, reklam bazarının zəif olmasıdır" - deyə Məhərrəmli bildirib. MTRŞ sədri regional telekanalların dövlət büdcəsindən maliyyələşdirilməsi məsələsinin gündəmdə olmadığını deyib.

Azərbaycanda 12 regional, o cümlədən Naxçıvan Muxtar Respublikasında iki telekanal fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti