...

"Xəzər-Lənkəran"ın baş məşqçisi: "Liderliyi əldən verməyimizdə özümüz günahkarıq"

Cəmiyyət Materials 2 May 2007 11:33 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ "Biz özümüz günahkarıq ki, indi izləyicilər rolunda çıxış edirik". Bu sözləri "Xəzər-Lənkəran" komandasının baş məşqçisi Ağasəlim Mircavadov ölkə birinciliyinin liderliyi uğrunda mübarizənin gedişatını şərh edərkən deyib. Qeyd edək ki, cənub təmsilçisi hazırda "Neftçi"dən bir xal geridədir.

Trend in "Xəzər-Lənkəran"ın saytına istinadən yaydığı məlumata görə, Mircavadov yetirmələrinin birinci dövrədən sonra mövcud səkkiz xallıq fərqi qoruyub saxlamaq iqtidarında olduqlarını, lakin bu fürsətdən yararlana bilmədiklərini vurğulayıb. "Bəzi oyunçular taqətdən düşdülər və xal itkisini kifayət qədər asan qəbul edirdilər. Nəticədə biz liderliyi əldən verdik. Lakin indi yetirmələrimin mübarizəyə köklənməsi məni sevindirir" - deyə Mircavadov bildirib.

Çalışdırıcı qeyd edib ki, "Neftçi"nin lider olmasına baxmayaraq, komandası sonadək mübarizəni davam etdirəcək. "Futbolda hər şey olur. Yadınıza salın ki, vaxtilə Çempionlar liqasının finalında "Bavariya" "Mançester Yunayted"dən bir dəqiqəyə iki qol buraxdı və nəticədə məğlubiyyətlə barşımalı oldu. Ona görə də hər şey mümkündür" - deyə Mircavadov vurğulayıb.

Xəbər lenti

Xəbər lenti