...

Türkiyə universitetlərinin magistraturasına qəbul imtahanlarının tarixi açıqlanıb

Cəmiyyət Materials 2 May 2007 13:35 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend S.Ağayeva/ Türkiyə ali təhsil ocaqlarının magistraturasına qəbul imtahanları mayın 20-də keçiriləcək. Bu barədə çərşənbə günü Azərbaycanın Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) yaydığı məlumatda bildirilir. Turkiyə ali təhsil ocaqlarının magistraturasında oxumaq üçün 253 azərbaycanlı bakalavr sənəd verib. Türkiyə tərəfinin ayırdığı yerlərin sayı isə 48-dir. Qeyd edək ki, qonşu ölkənin universitetlərinin magistraturasında təhsil almaq istəyən bakalavrların sənədlərini TQDK qəbul edib.

Bu il Türkiyənin 11 ən nüfuzlu universitetində oxumaq istəyən azərbaycanlı bakalavrlar üçün 21 ixtisas üzrə yerlər ayrılıb. Onların arasında Ankara Universiteti (ixtisaslar: ispan dili və ədəbiyyatı, italyan dili və ədəbiyyatı), Boğaziçi Universiteti (ixtisaslar: siyasi elmlər və beynəlxalq münasibətlər), Ege Universiteti (ixtisaslar: kompüter üzrə mühəndis, səhiyyə), İstanbul Texniki Universiteti (ixtisas: telekommunikasiyalar üzrə mühəndis), Qazi Universiteti (ixtisaslar: ekonometriya və səhiyyə), Həcəttəpə Universiteti (ixtisaslar: Amerika mədəniyyəti və ədəbiyyatı), Marmara Universiteti (ixtisas: sığorta işi) və digərləri.

Ankara Universitetinin ispan dili və ədəbiyyatı, habelə italyan dili və ədəbiyyatı fakültələrinə qəbul olunanlar üçün bir il ərzində müvafiq dil üzrə hazırlıq proqramları tədris olunacaq. Dərslərin ingilis dilində keçirildiyi universitetlərdə isə bir il ərzində ingilis dili üzrə hazırlıq proqramı keçirələcək. Bu müddət təhsil prosesinə daxil edilməyib.

İmtahanlardan keçən bütün abituriyentlər türk dili üzrə hazırlıq kursu keçəcəklər. Azərbaycanlı tələbələrin təhsili ilə bağlı bütün xərcləri Türkiyə tərəfi ödəyir.

Xəbər lenti

Xəbər lenti