...

Azərbaycan dövləti Avropa Məhkəməsinin qərarını icra edib

Cəmiyyət Materials 2 May 2007 14:20 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K Zərbalıyeva / Azərbaycan dövləti Daxili Qoşunların sabiq komandanı Fəhmin Hacıyevin işi ilə bağlı Avropa Məhkəməsinin qərarını tam icra etməyib. Telefonla Türkiyədən çərşənbə günü Hacıyev Trend ə bildirib ki, onun hesabına Azərbaycan höküməti tərəfindən 4640 avro məbləğində pul keçirilib. 900 avro məbləğində pulun köçürülməməsi səbəbləri barədə məlumatsız olan Hacıyev qərarın tam icra olunmaması ilə bağlı Avropa Məhkəməsinə məlumat verdiyini deyib.

O, həmçinin işinə yenidən baxılması üçün Apellyasiya Məhkəməsinə verdiyi şikayətə indiyədək rəsmi cavab verilmədiyini və şikayətinə baxılmadığını bildirib. Hacıyevin sözlərinə görə, Apellyasiya Məhkəməsinin müraciətindən sonra o, təkrarən məhkəməyə müraciət etsə də, onun şikayəti araşdırılmır.

Azərbaycan dövlətinin İnsan Haqları üzrə Avropa Məhkəməsindəki səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov Trend ə bildirib ki, məhkəmənin qərarına görə, Hacıyevə 3 min avro mənəvi təzminat və məhkəmə xərcləri üçün 2500 avro ödənməlidir: "Məhkəmə xərclərinin 850 avro məbləğində hissəsini Avropa Məhkəməsi ona verib. Azərbaycan dövləti Hacıyevə 4650 avro-3000 avro mənəvi təzminat, 1650 avro isə məhkəmə xərcləri üçün ödəməlidir. Həmin məbləğin köçürülməsi üçün banka tapşırıq verilib. Əgər köçürmədə əksiklik varsa, o, bizə müraciət etməlidir.".

Fəhmin Hacıyev şikayətində İnsan Hüquqları üzrə Konvensiyanın 6, 7 və 14-cü maddələrində nəzərdə tutulan hüquqlarının pozulduğunu göstərmişdi.

Xəbər lenti

Xəbər lenti