...

Yazıçılar İttifaqı yeni kitabları oxunmaq üçün komissiyaya təqdim edəcək

Cəmiyyət Materials 2 May 2007 17:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 may /müx. "TrendLife" E.Hüseynzadə/

"Natavan" klubunda öz kitablarını təqdim etməzdən əvvəl yazıçılar kitablarını İttifaqın komissiyasına təqdim edəcəklər. Bu haqda Yazıçılar İttifaqının mətbuat katibi Ədalət Əsgərov "TrendLife"a xəbər verib. Onun sözlərinə görə, əvvəllər "Natavan" klubunun zalında yazıçılar öz əsərlərinin təqdimatını pulsuz təşkil edirdilər, əsərlər oxunmurdu, bu da ədəbiyyatın aşağı səviyyədə olmasına gətirib çıxardırdı. Buna yol verməmək üçün Yazıçılar İttifaqı kitabları oxunmaq üçün əvvəl həmin komissiyaya təqdim edəcək.

Xəbər lenti

Xəbər lenti