Azərbaycan, Bakı / Trend müxbir K Zərbalıyeva / Azərbaycan və Türkiyə Respublikalarının Konstitusiya Məhkəmələri (KM) arasında Əməkdaşlıq Memorandumu imzalanacaq. KM-dən cümə axşamı Trend ə bildirilib ki, sənəd mayın 10-da Türkiyənin Konstitusiya Məhkəməsinin sədri Tulay Tuqçunun Azərbaycanlı həmkarı Fərhad Abdullayevin rəsmi dəvəti ilə Azərbaycana səfəri zamanı imzalanacaq. Mayın 12-dək davam edəcək səfər müddətində türkiyəli qonağın Ədliyyə Nazirliyində, Baş Prokurorluqda, Ali Məhkəmədə də görüşləri nəzərdə tutulub.
.