...

Azərbaycanlı taekvondoçular Koreyada təlim-məşq toplantısındadır

Cəmiyyət Materials 3 May 2007 13:27 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Azərbaycanın qadınlardan ibarət taekvondo yığması Koreyada səfərdədir. Burada komandamız mayın 18-də Pekində start götürəcək dünya birinciliyinə hazırlıq məqsədilə təlim-məşq toplanışı keçirir.

Trend in verdiyi xəbərə görə, hazırlıq prosesi məşqçi Yanq Enq Enin rəhbərliyi altında keçir. Qeyd edək ki, bu şəxs mövsümün əvvəlində Azərbaycanın Taekvondo Federasiyası ilə müvafiq müqaviləyə imza atıb.

Məşqlərdən başqa yığmamız həmçinin taekvondoda ad çıxarmış koreyalı idmançılarla sparrinqlərdə qüvvələrini sınayır. Əsas diqqət Avropa çempionatlarının mükafatçısı Şəhrun Yusifovaya yetirilir. Belə ki, Yusifovanın mundialdakı çıxışı lisenziya xarakterli yarışlara hazırlıq kimi nəzərdən keçirilir.

Əlavə edək ki, ilkin olaraq kişilərdən ibarət yığmamız da Koreyaya yollanmalı idi. Lakin sonra komandamız öz planlarına dəyişikliklər edərək hazırlıqlarını Bakıda davam etdirmək qərarına gəlib.

Xəbər lenti

Xəbər lenti