...

Vado Korovin ayaqqabı satıcısı oldu

Cəmiyyət Materials 3 May 2007 18:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 may /müx. Trendlife Vuqar İmanov/Bizim qardaşımızın taleyi onu haralara aparıb. Daha bir sevincli xəbər bizə dünya Rusiya kinomatoqrafçılarından gəldi. Məhşur eks-KVN-çi "Yumor klubu" olan teleproqramın aparıcısı Boris Xlebnikovun rejissorluq etdiyi "Svobodnoe Plavanie" filminə çəkilib. Bu kinofilm tamaşaçılar və kino tənqidçiləri tərəfindən layiqli qiymət alıb:

"Yaxşı rejissorluğa görə", "Kinotavr" festivalı, Soçi 2006;

Andrey Tarkovski fonduna görə "Avropaya pəncərə", Vıboroq 2006;

Kino tənqidi və kino mətbuatına görə "İncə ironik komediya", "Gülümsə, Rusiya" festivalı, Həştərxan 2006;

"Yaxşı filmə" görə, Beynəlxalq kinofestival , Varşava 2006;

"Yaxşı filmə" və "Yaxşı rejissorluq işinə görə", Milli mükafat "Ağ yuxu".

Vado Korovinin Trendlife-a verdiyi məlumata görə filmdə o, azərbaycanlı ayaqqabısatan rolunda oynayıb. Guya o, özünə kəndli Lenyanı işçi götürür. Lakin onun uğurlu biznesi alınmır. Film faciəvi-komik janrda çəkilib. Balaca bir şəhərdə 20 yaşlı Lenya yaşayır. Lenya zavodda işləyir .Gecələr isə diskotekaya gedir, necə lazımdır içir... Ertəsi gün yenə eynən təkrərlanır. Sonra zavod bağlanır, oğlan özünə iş axtarmağa başlayır. İş axtarmaqdan yorulan Lenya filmin sonunda azad səyahətə çıxmağa hazırlaşır. Rusiya tənqidçilərinə görə, "Svobodnoe plavanie" kinosu son vaxtlar kinomatoqrafçıların ən yaxşı filmidir.

Yeri gəlmişkən, filmin telepremyerası may ayının 4-də ORT telekanalında yayımlanacaq. Bizim tamaşaçılar da bu filmi izələyə biləcəklər.

Xəbər lenti

Xəbər lenti