...

Cavan jurnalistlər arasında Ümumrespublika müsabiqəsi start götürdü

Cəmiyyət Materials 4 May 2007 16:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 may /müx.Trendlife Rəna Şirəliyeva/Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Jurnalistlər Birliyi cavan jurnalistlər arasında 6-cı Ümumrespublika müsabiqəsi elan ediblər. Trnedlife-ın verdiyi məlumata görə, müsabiqə 25 iyuna qədər davam edəcək. Müsabiqədə 16-35 yaş arasında olan cavan jurnalistlər iştirak edə bilərlər. 6-cı ümumrespublika müsabiqəsi cavan jurnalistlər arasında yeddi nominasiya üzrə keçəcək. Bunlardan " Mənəvi ruh və gənclərin vətənpərvərlik tərbiyyəsi", "Gənc ailələrin sualları", " Gənclərin sosial-iqtisadi inkişafı", "Cənclər: Elm və təhsil", " Cənclər: mədəniyyət və incəsənət", "Gənclər və idman", "Gənclərin ictimai-siyasi fəaliyyəti". Müsabiqənin qalibi bir nəfər olacaq. Qalibə 200 manat dəyərində pul mükafatı və diplom təqdim olunacaq. Qeyd edək ki, müsabiqənin qalibinə hədiyyə Milli Mətbuat günü, yəni 22 iyul 2007-c ildə təqdim ediləcək.

Xəbər lenti

Xəbər lenti