...

Bodibildinq üzrə Çexiya yığma komandasının baş məşqçisi: "Azərbaycan idmançıları elitaya düşmək şansına malikdirlər"

Cəmiyyət Materials 5 May 2007 11:24 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend Z.Səfərov/"Mən sizin idmançılarınızın çıxışını izləyirəm və bilirəm ki, hazırki Avropa çempionatında Azərbaycan yığması daha da güclü çıxış edəcək". Bu barədə Trend ə Çexiya komandasının baş məşqçisi Oleq Jur mayın 5-də Bakıda start götürəcək bodibildinq, klassik bodibildinq və qarışıq cütlər üzrə qitə birinciliyi ərəfəsində bəyan edib.

Məşqçi vurğulayıb ki, son illər ərzində səhnə sahibləri əhəmiyyətli tərəqqi əldə ediblər. "Atletlər layiqli nəticələr göstərməyə və mükafatlar uğrunda mübarizəyə kifayət qədər qadirdirlər. Azərbaycan yığması qarşısına böyük məqsədlər qoyub və birinciliyin yekunlarına əsasən elit altılığa daxil olmaq üçün yaxşı şansa malikdir" - deyə Jur vurğulayıb. O həmçinin qeyd edib ki, Çexiya komandası əsasən klassik bodibildinqə üstünlük verir.

Xəbər lenti

Xəbər lenti