...

"Yaşıl teatr" açılmağa hazırlaşır

Cəmiyyət Materials 7 May 2007 11:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 may /müx. "TrendLife" E.Hüseynzadə/

"Yaşıl teatr"ın açılışı may ayının 10-da, ümummilli liderimiz Heydər Əliyevin doğum günündə keçiriləcək. "TrendLife"ın verdiyi məlumata görə, teatrın açılışı ilə bağlı bütün hazırlıq işlərinə prezident İlham Əliyev nəzarət edib. 2005-ci ilin avqustunda prezident teatrın yenidən qurulmasına dair əmr verib. Qeyd edək ki, teatr 2000 nəfər tamaşaçı üçün nəzərdə tutulub, sahəsi əvvəlkinə nisbətən genişləndirilib. Teatrda aparılan yenidənqurma işlərinə 1 milyon manat vəsait xərclənib. "Yaşıl teatr" 1960-cı ildən fəaliyyət göstərir.

.

Xəbər lenti

Xəbər lenti