...

Azərbaycanda "Yeni Müsavat" qəzetinin baş redaktorunun məhkəməsi keçirilib

Cəmiyyət Materials 8 May 2007 17:11 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K Zərbalıyeva / Bakının Nizami rayon məhkəmıəsində hakim Hüseyn Hüseynovun sədrliyi ilə "Azərsun Holdinq" şirkətinin prezidenti Abdulbari Gözəlin "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğluna qrşı xüsusi ittiham qaydasında iddiası üzrə bu gün hazırlıq iclası yekunlaşıb. Məhkəmədən çərşənbə axşamı günü verilən məlumata görə, iddia məhkəmə tərəfindən icraata qəbul edilib və iş üzrə məhkəmə baxışı mayın 14-ə təyin olunub.

İddiaçı Arifoğlu barəsində Cinayət Məcəlləsinin 147.2-ci maddəsilə (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) cinayət işinin açılmasını və onun cinayət məsuliyyətinə cəlb olunmasını istəyir.

İddiaya səbəb Arifoğlunun bu il martın 29-da Türkiyənin "Kanal türk" televiziyasındakı çıxışı olub. Telekanalın Arifoğlu iştirak edən verilişində söhbət kürd terrorçularının müxtəlif strukturlarla əlaqələrindən gedib.

"Yeni Müsavat" qəzetiylə "Azərsun Holdinq" rəhbərliyi arasında əvvəllər də məhkəmə çəkişməsi olub. Məhkəmələr şirkətin bir neçə iddiasını təmin edərək qəzetə böyük məbləğdə cərimələr kəsib.

Arifoğlu ötən gün baş prokurora və daxili işlər nazirinə müraciət edib. Müraciətində o, həyatına və sağlamlığına ciddi şəkildə təhlükə yarandığını qeyd edib və təhlükəsizliyinin təmin olunması barədə tədbirlər görülməsini xahiş edib. Baş redaktor prosesi ölkədə söz və mətbuat azadlığına qarşı növbəti təzyiq kampaniyası kimi qiymətləndirib. Onun sözlərinə görə, Türkiyə ərazisində yayımlanan və həmin dövlətə aid "Kanal Türk" televiziya kanalında efirə getmiş bir verilişə görə xüsusi ittiham qaydasında məhkəməyə verilməyi bunun bariz nümunəsidir.

Xəbər lenti

Xəbər lenti