...

Birinci vitse-spiker: Böhtan və təhqir haqqında maddələr Azərbaycanın Cinayət Məcəlləsindən çıxarılmamalıdır

Cəmiyyət Materials 9 May 2007 13:47 (UTC +04:00)
Birinci vitse-spiker: Böhtan və təhqir haqqında maddələr Azərbaycanın Cinayət Məcəlləsindən çıxarılmamalıdır

Azərbaycan, Bakı/ Trend müxbir A.İsmayılova/ Böhtan və təhqir haqqında maddələr Azərbaycanın Cinayət Məcəlləsindən çıxarılmamalıdır. Bunu çərşənbə günü jurnalistlərə Azərbaycan parlamentinin birinci vitse-spikeri Ziyafət Əsgərov bildirib.

O hesab edir ki, müxtəlif beynəlxalq təşkilatlar Azərbaycana bu maddələri çıxarmağı təklif edə bilər, amma Azərbaycan mətbuatında böhtan və təhqir ümumi hal alıb. Vitse-spiker hesab edir ki: "Cinayət məcəlləsindəki bu maddələr çəkindirmə xarakteri daşıyır".

"Təsəvvür edin, bu maddələr tamamilə çıxarılsa nə baş verər",-deyə o bildirib.

Əsgərov əmindir ki, Azərbaycanda mətbuatın azadlığını tənzimləyən kifayət qədər qanun mövcuddur və "Diffamasiya haqqında" qanunun qəbul olunmasına ehtiyac yoxdur. Onun fikrincə, hətta bu qanunun qəbul olunsa da mətbuatla bağlı olan problemləri həll edə bilməz.

Xəbər lenti

Xəbər lenti