...

Azərbaycan Milli Televiziya və Radio Şurasının Gəncədə filialının açılması planlaşdırılır

Cəmiyyət Materials 10 May 2007 11:19 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan Milli Televiziya və Radio Şurasının Gəncə şəhərində filialının açılması planlaşdırılır. Bu barədə Trend ə Azərbaycan Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli açıqlama verib.

Onun sözlərinə görə, Gəncə filialının oradakı yerli telekanalların monitorinqini aparması məqsədilə təsis olunması nəzərdə tutulur. Bununla əlaqədar təkliflər hökumətə təqdim olunacaq: "Dövlət büdcəsi ilə bağlı müzakirələr aparılan zaman Teleradio Şurası hökumətə müraciətini təqdim edəcək. Çünki filialın yaradılması üçün dövlət büdcəsindən vəsait ayrılmalıdır" - deyə Məhərrəmli qeyd edib.

Xəbər lenti

Xəbər lenti