...

Azərbaycanın regionlarında iki mindən çox həkim çatışmır

Cəmiyyət Materials 10 May 2007 16:14 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Babayeva/Keçən il Azərbaycan regionlarına Dövlət Tibb Universitetinin təxminən 70 faiz məzunu göndərilib. Bu barədə cümə axşamı Azərbaycanın səhiyyə nazirinin müavini Sənan Kərimov məlumat verib.

Onun sözlərinə görə, 2007-ci ildəki vəziyyət keçən ilki vəziyyətə oxşardır.

"Bu, Azərbaycan regionlarında həkim çatışmazlığını aradan qaldırmaq üçün həyata keçirilir. Regionlarda həkim çatışmazlığı göstəricisi 2 mindən çox təşkil edir", deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti