...

Moskvada Azərbaycan gənclərinin birinci regionlararası forumu keçiriləcək

Cəmiyyət Materials 12 May 2007 11:48 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend /Mayın 14-də Moskvada keçiriləcək Rusiya Federasiyasında yaşayan Azərbaycan gənclərinin I Regionlarası Forumunda Rusiya cəmiyyətində Azərbaycan gənclərinin rolu müzakirə olunacaq.

Forumun təşəbbüskarları Azərbaycan Gənclərinin Koordinasiya Şurasının (AGKŞ) prezidenti və Heydər Əliyev Fondunun RF-dəki nümayəndəliyinin rəhbəri Leyla Əliyevadır. Bu barədə AGKŞ-dən məlumat verilib.

Forumda Azərbaycan gənclərinin fəaliyyəti və gənclərin Rusiya cəmiyyətinə inteqrasiyası məsələləri müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti