...

Leyla Əliyeva: 2008-ci ildə Moskvada Azərbaycan gənclərinin birinci birgə forumu keçiriləcək

Cəmiyyət Materials 14 May 2007 19:04 (UTC +04:00)
Leyla Əliyeva: 2008-ci ildə Moskvada Azərbaycan gənclərinin birinci birgə forumu keçiriləcək

Rusiya,Moskva/müxbir Trend R.Ağayev/2008-ci ildə Rusiyada Azərbaycan gənclərinin birinci birgə forumu keçiriləcək. Bu barədə jurnalistlərə Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri Leyla Əliyeva Moskvada bazar ertəsi keçirilən Azərbaycan gənclərinin Avropa forumunu şərh edərkən məlumat verib.

Onun sözlərinə görə, Brüsseldəki Moskva tədbiri ilə eyni zamanda Avropa Parlamentində Avropadakı Azərbaycan gənclərinin forumu keçirilir. "Biz onları Rusiyaya dəvət edəcəyik və gələn il onlarla birgə birinci forum keçirəcəyik", - deyə Əliyeva əlavə edib.

Moskvada keçirilən tədbirin vacibliyini bildirərək o, Azərbaycan gənclərinin həmrəylik və məqsədyönlüyünün əhəmiyyətini qeyd edib. "Məni Azərbaycan gənclərinin məqsədyönlüyü və müsbət köklənməsi ruhlandırır. Azərbaycanı dünyada layiqincə təmsil etmək üçün bu, bizə lazımdır", - deyə Heydər Əliyev Fondu nümayəndəliyinin rəhbəri vurğulayıb.

Leyla Əliyeva qeyd edib ki, Moskva forumunda Rusiya regionlarında olan Azərbaycan gəncləri təşkilatlarının nümayəndələri iştirak edir. "Biz hamımız Azərbaycanın beynəlxalq arenada, hazırda isə Rusiyada təmsil olunması üzrə eyni işi görürük. Bu forum müxtəlif adlı təşkilatların birləşməsi üçün və birgə fəaliyyətin koordinasiya edilməsi üçün olduqca vacibdir. Bu, bizim qarşımızda qoyulmuş məqsəd və tapşırıqların yerinə yetirilməsini sübut edir", - deyə o bildirib.

Heydər Əliyev Fondunun Rusiyadakı planları barədə danışan Leyla Əliyeva məlumat verib ki, Fond mədəni, təhsil və sosial-humanitar proqramlar üzrə yönəldilib. Və bu istiqamətdə də işlər aparılacaq. "Mədəni tədbirlərlə bağlı bir çox proqramlar var və onların hamısı Azərbaycanı təmsil etmək üçün istiqamətləndiriləcək. Dünyada bizim ölkəni tanımalıdırlar", - deyə Leyla Əliyeva yekun vurub.

Xəbər lenti

Xəbər lenti