...

Səfir: Rusiya Azərbaycan telekanallarının öz ərazisində yayımlanmasının mümkünlüyü məsələsinə baxmağa hazırdır (video)

Cəmiyyət Materials 14 May 2007 20:26 (UTC +04:00)
Səfir: Rusiya Azərbaycan telekanallarının öz ərazisində yayımlanmasının mümkünlüyü məsələsinə baxmağa hazırdır (video)

Azərbaycan, Bakı/ Trend müxbir A.İsmayılova/ Rusiya Azərbayacan telekanallarının öz ərazisinin bir hissəsində yayımlanması məsələsinə baxmağa hazırdır. Bu barədə bazar ertəsi jurnalistlərə Azərbaycan Milli Teleradio Şurasının iyunun 10-dan etibarən Azərbaycan ərazisində Rusiya telekanallarının yayımının dayandırılmasının mümkünlüyü haqqında qərarını şəlrh edərkən bu ölkənin səfiri Vasili İstratov bildirib.

Diplomatın sözlərinə görə, bu istiqamətdə danışıqlar başlamayıb, amma yerli kanalların Moskvada yayımlanması tamamilə mümkündür.

"Rusiya bu məsələ ilə əlaqədar Azərbaycana nota göndərib və danışıqlara başlamaq üçün müəyyən reaksiya gözləyir", - deyə İstratov bildirib.

Xəbər lenti

Xəbər lenti