...

Azərbaycanlı əsir 11 il azadlıqdan məhrum edilib

Cəmiyyət Materials 15 May 2007 11:49 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K Zərbalıyeva / Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə Camai Ramazanovun sədrliyi ilə ermənilər tərəfindən ötən ilin dekabrında əsir götürülmüş Azərbaycan Ordusunun əsgəri Vüsal Qaracayevin barəsindəki cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Çərşənbə axşamı məhkəmədən Trend ə bildirilib ki, bugünkü prosesdə Qaracayevə qarşı məhkəmə hökmü oxunub. Hökmə əsasən, azərbaycanlı əsir 11 il azadlıqdan məhrum edilib.

Məhkəmənin dünənki iclasında dövlət ittihamçısı çıxış edib və Qaracayevin cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 13 il azadlıqdan məhrum edilməsini istəyib. Qaracayev barəsində Hərbi Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 274-cü ( dövlətə xəyanət) və 338.1-ci (döyüş növbəsi cəkmə qaydalarını pozma) maddələri ilə cinayət işi acılıb.

Balakən rayon Hərbi Komissarlığından ötən il hərbi xidmətə cağırılmış 1988-ci il təvəllüdlü Qaracayev Vüsal Məhəmməd oğlu dekabrın 7-də Ağdam ərazisində əsir düşüb. O, dekabrın 23-də əsirlikdən azad edilib.

Xəbər lenti

Xəbər lenti