...

Azərbaycan Daxili Qoşunlarının sabiq komandanının işinə yenidən baxılacaq

Cəmiyyət Materials 15 May 2007 16:04 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K Zərbalıyeva / Azərbaycan Apellyasiya Məhkəməsi Daxili Qoşunların sabiq komandanı Fəhmin Hacıyevin barəsindəki cinayət işinə yenidən baxacaq. Apellyasiya Məhkəməsindən çərşənbə axşamı Trend ə bildirilib ki, Avropa İnsan Hüquqları Məhkəməsinin Hacıyevin işi ilə bağlı qəbul etdiyi qərarda qeyd olunub ki, Hacıyevin ədalətli məhkəmə hüququ pozulub və 3 ay müddətində onun işinə yenidən baxılmalıdır. Mayın 24-də hakim Qayıl Məmmədovun sədrliyi ilə Hacıyevin işi ilə bağlı proses keçiriləcək.

Apellyasiya şikayəti vermə müddətinin bərpası ilə bağlı Hacıyevin şikayəti Apellyasiya Məhkəməsində hakim Ələkbər Quliyevin icraatındadır. Hazırda bu işlə bağlı məhkəmə baxışının vaxtı müəyyənləşdirilməyib.

Ötən ilin sonunda Avropa İnsan Hüquqları Məhkəməsi Hacıyevin şikayəti ilə bağlı Azərbaycana qarşı qərar çıxarıb. Hüquqlarının pozulmasına görə Avropa Məhkəməsi Azərbaycan dövləti tərəfindən sabiq komandana beş min avro məbləğində kompensasiya ödənilməsi barədə qərar çıxarıb. Artıq Azərbaycan dövləti Avropa Məhkəməsinin Hacıyevə kompensasiya ödənilməsi ilə bağlı qərarını icra edib

1994-cü ildə həbs olunmuş Hacıyev məhkəmənin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib. 2004-cü ildə prezident tərəfindən əfv olunub. 

Xəbər lenti

Xəbər lenti