...

Bu il Azərbaycan Mətbuat Şurasına yüzdən artıq müraciət daxil olub

Cəmiyyət Materials 15 May 2007 16:15 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Son dörd ayda Azərbaycan Mətbuat Şurasına 142 məktub daxil olub. Onların 30-u Şikayətlər üzrə Komissiyanın müzakirəsinə çıxarılıb. Bu barədə çərşənbə axşamı Mətbuat Şurasından məlumat verilib.

Şuraya edilən şifahi müraciətlərin sayı isə 453-dür. Bütün müraciətlərin əsas motivlərini media təmsilçilərinin peşə etikası ilə bir araya sığmayan hərəkətləri və müxtəlif sorğular təşkil edir.

Mətbuat Şurasının İdarə Heyəti son dörd ay ərzində Şikayətlər üzrə Komissiyanın təqdim etdiyi rəylər əsasında doqquz qərar qəbul edib. Çıxarılan qərarlarda "Fakt", "Elçi", "Naxçıvan", "24 saat", "Sənət" qəzetlərində, "Mozalan", "İdarəetmə və mühasibat uçotu" jurnallarında dərc olunmuş bir sıra mətbu materiallarda "Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları"nın müxtəlif bəndlərinin pozulduğu göstərilib.

İdarə Heyəti Qaçqıq və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiə Komitəsinin sədri, "Bakinski raboçi" qəzeti baş redaktorunun müavini Tatyana Çaladze ilə "Exo" qəzeti və "Day.az" saytı arasında anlaşma əldə olunmasına nail olub.

Şura özü isə ANS telekanalından narazıdır. 3 may Ümumdünya Söz Azadlığı Günündə ANS telekanalının "Nəzər nöqtəsi"ndə Mətbuat Şurası İdarə Heyətinin ayrı-ayrı üzvləri ilə bağlı təhqiramiz fikirlərə yol verildiyini iddia edir və bunnula əlaqədar teleşirkət rəhbərliyinə məktub ünvanlanacaq.

Xəbər lenti

Xəbər lenti