...

Nigar Talıbova: "Türkiyədə modellər iki saat ərzində 1000-1500 dollar qazanırlar"

Cəmiyyət Materials 15 May 2007 18:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 may /müx.TrendLife Vüqar Vüqarlı/Türkiyədəki peşəkar modellərin qazanclarını Azərbaycandakı modellərlə müqayisə etmək olmaz. Bu haqda Trendlife-ın müxbirinə bir neçə gün bundan əvvəl vətənimizə gələn türk top-modeli Nigar Talıbova bildirib. "Biz Türkiyədə müxtəlif sərgilərdə iki saata 1000-1500 dollar pul qazanırıq. Maşının kənarında sərgi açılandan bağlanana qədər durub gözləməkdən söhbət belə gedə bilməz. Buna görə də biz pul barəsində bir və ya iki saat qabaqcadan danışırıq" - deyə Nigar Talıbova öz fikrini bildirib.

Onu da qeyd edək ki, biziim qızlar onlardan da çox işləyirlər, lakin onların qazancı 20 manatdan 100 manata qədərdir.

Xəbər lenti

Xəbər lenti