...

Azərbaycanda Ali Məhkəmə və Apellyasiya məhkəmələri hakimlərinin köməkçiləri olacaq

Cəmiyyət Materials 16 May 2007 12:05 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K Zərbalıyeva/ Azərbaycanda Ali Məhkəmə və Apellyasiya məhkəmələri hakimlərinin köməkçiləri olacaq. Bu barədə ölkə başçısı "Bəzi qanunlara əlavə və dəyişikliklər edilməsi haqqında"qanunu təsdiq edib və qanundan irəli gələn vəzifələrin icrası üçün müvafiq sərəncam imzalayıb. Prezidentin sərəncamı ilə Nazirlər Kabineti və müvafiq mərkəzi icra hakimiyyəti orqanları bir ay müddətində normativ hüquqi aktların həmin qanuna uyğnlaşdırılmasını təmin etməli, Ali Məhkəmədə və Apellyasiya məhkəmələrində köməkçi ştat vahidlərinin təsis edilməsi ilə əlaqədar həmin məhkəmələrin aparatlarının ştat sayını müəyyən etməli və bununla bağlı maliyyələşdirmə məsələlərini həll etməlidir.

Xəbər lenti

Xəbər lenti