...

Prezident İlham Əliyev bir qrup mədəniyyət işçisinə fəxri adlar verilməsi barədə sərəncam imzalayıb

Cəmiyyət Materials 16 May 2007 14:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 may /müx. "TrendLife" Eldar Hüseynzadə/

2

Prezident İlham Əliyev bir qrup mədəniyyət işçisinə fəxri adlar verilməsi barədə sərəncam imzalayıb. "TrendLife"ın verdiyi məlumata görə, məşhur dirijor Yalçın Adıgözəlova, bəstəkarlar Nailə və Hikmət Mirmmədlilərə, rejissor Bəhram Osmanova, sənətşünas Leyla Axundzadə və başqalarına fəxri adlar verilib. Həmçinin Taryel Abbasov, Məsməxanım Ağaverdiyeva, Baloğlan Əşrəfov, Elçin Haşımov və başqalarına əməkdar artist, Mirismayıl Cəfərov, Sakit Məmmədov və Təbriz Abdullayevə əməkdar rəssam fəxri adı verilib. Sərəncama əsasən, Musiqi Mədəniyyəti Muzeyinin direktoru Alla Bayramovaya, həmçinin Elçin Arzumanova, Akif Quliyevə, Tamerlan Bağırova və başqalarına da fəxri adlar verilib.

Xəbər lenti

Xəbər lenti