...

Azərbaycanın voleybol yığması Yeltsin Kubokunda iştirak edəcək

Cəmiyyət Materials 17 May 2007 13:00 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Azərbaycanın qadınlardan ibarət voleybol yığması Rusiyanın birinci prezidenti Boris Yeltsinin Kubokunda iştirak edəcək. Ənənəvi xarakter daşıyan bu turnir iyunda Yekaterinburq və Nijni Taqil şəhərlərində keçiriləcək.

Azərbaycanın Voleybol Federasiyasının mətbuat katibi Zöhrab Gözəlbəylinin "azerisport.com"a verdiyi məlumata görə, turnir təşkilatçıları yarışın keçiriləcəyini təsdiq edən məktub göndəriblər. "Yeltsinin vəfatından sonra turnirin perspektivləri qeyri-müəyyən idi. Lakin artıq hər şey dəqiqləşib. Odur ki, iki dəfə Yekaterinburqda bürünc medallar qazanan komanda turnirə hazırlaşa bilər" - deyə Gözəlbəyli qeyd edib.

Məlumat üçün bildirək ki, turnirə həmçinin Çin, Braziliya, Serbiya, Hollandiya və digər ölkələrin yığmaları dəvət alıb.

Xəbər lenti

Xəbər lenti